SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Kriştiano Ronaldo yanvarda məhkəmə qarşısına çıxacaq
İDMAN 04:22 / 24.12.2018

Turinin "Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldonun vergidən yayınması işi üzrə məhkəmə iclası yanvarın 21-də İspaniyada keçiriləcək.

TASS informasiya agentliyinə istinadən xəbər veririk ki, Ronaldonun təqsirini etiraf edəcəyi və İspaniyanın vergi orqanları ilə bundan əvvəl bağladığı müqaviləyə əsasən iki il şərti cəza alacağı gözlənilir. Bundan başqa, futbolçu 19 milyon avro həcmində cərimə ödəyəcək.

Kriştiano Ronaldo 2011-ci ildən 2014-cü ilədək olan dövrdə 14,7 milyon avro vergi fırıldaqçılığında ittiham edilib. İttiham tərəfinin fikrincə, portuqaliyalı gəlirlərini gizlətmək məqsədilə saxta şirkətlərdən istifadə edib. Bununla yanaşı, ittiham futbolçunun əməkhaqqına aid deyil və yalnız imic hüquqlarının istifadəsindən gələn gəlirlərə şamil olunur.

2009-cu ildən Madridin "Real” klubunda çıxış edən Kriştiano Ronaldo 2018-ci ilin iyulunda Turinin "Yuventus” komandasına keçib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.