SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda tənha kişini vəhşi heyvan evində parçalayıb
HADİSƏ 02:53 / 21.12.2018

Daşkəsən rayonunun Almalı kəndində kişinin meyiti parçalanmış şəkildə tapılıb.

Bu barədə  açıqlamasında Almalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sədri Səlim Ələsgərov bildirib.

Onun sözlərinə görə, hadisə barədə dünən xəbər tutublar:

"1959-cu il təvəllüdlü Quliyev Bəndər Ələkbər oğlu evində tənha yaşayırdı. Kənd meşəyə yaxın ərazidə yerləşir. Həmin kənddə ondan başqa kimsə yaşamırdı. Mərhum uzun illərdir orda tək yaşayırdı.

Meşədə heyvan otaran şəxs Bəndərin cəsədini evində çarpayıda uzanıqlı vəziyyətdə tapıb. Onun baş nahiyəsi döşəməyə tərəf sallanmış və vəhşi heyvan tərəfindən parçalanmış vəziyyətdə olub”.

Hazırda faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.