SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Hindistanda xəstəxanada güclü yanğın nəticəsində ölən və yaralananların sayı artıb
DÜNYA 14:52 / 18.12.2018

Ötən gün Hindistanın Mumbay şəhərində dövlət xəstəxanalarından birində baş vermiş güclü yanğın nəticəsində ölənlərin sayı 8-ə, xəsarət alanların isə 145-ə çatıb.

Ölənlər arasında 6 aylıq uşaq da olub. Yaralılardan 28-nin vəziyyəti çox ağır qiymətləndirilir.

Bundan əvvəl hadisə zamanı 6 nəfərin öldüyü, 108 nəfərin xəsarət aldığı bildirilirdi.

Yanğının dəqiq səbəbi hələ məlum olmasa da, ilkin ehtimala əsasən havalandırma sistemində qısa qapanmadan baş verdiyi deyilir. (Trend)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.