SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Çexiyada 30 illik müharibə dövründən qalma xəzinə tapılıb
DÜNYA 13:52 / 18.12.2018
Çexiyanın Pardubitse diyarındakı Kraliki qəsəbəsində yaşayan bir fermer qəsəbənin yaxınlığındakı çəmənlikdə dəri kisəyə yığılıb yerin səthindən bir qədər aşağıda qazılıb gizlədilmiş 6 ədəd qızıl sikkə aşkar edib. Osmanlı İmperiyasında, Avstriya-Macarıstan, Polşa və Niderlandda zərb edilmiş bu sikkələrin 30 illik müharibə dövründə gizlədilməsi ehtimal edilir.

AZƏRTAC-a istinadən xəbər veririk ki, bu gün Pardubitsedə keçirilən mətbuat konfransında həmin tapıntı barədə rəsmi məlumat verilib. Alimlərin fikrincə, bu pullar bir muzdlu qatilə ödənilmiş haqq və ya qarətçinin əldə etdiyi qənimət ola bilər.

Çexiya qanunlarına görə, tapılmış xəzinənin dəyərinin 10 faizi onu tapan şəxsə ödənilir. İndi fermer bu tapıntının qiymətləndirilməsini gözləyir.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.