SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakının mərkəzindəki məşhur restoranda DƏHŞƏTLİ HADİSƏ - ÖLƏN VAR
HADİSƏ 20:54 / 17.12.2018

Bakıdakı restoranlardan birində ölüm hadisəsi baş verib.

Xəbər veririk ki, Afiyəddin Cəlilov və Yusif Səfərov küçələrinin kəsişməsində yerləşən "Qədim Qəbələ” restoranında qonaq olan Gürcüstan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü Abbasov Mayıl Almaz oğlu qəfil vəfat edib. O, dostları ilə yeyib-içdiyi kabinetdə özünü pis hiss edib və qapının qarşısına yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası 53 yaşlı kişinin vəfat etdiyini bildirib.

Məlumata görə, A.Abbasov Gürcüstan vətəndaşı olsa da Bakı şəhər Nəsimi rayonu Səməd Vurğun küçəsindəki evində yaşayıb və burada işləyib. Onun qan təzyiqinin yüksəlməsi nəticəsində vəfat etdiyi bildirilir.

"Qədim Qəbələ” restoranından  bildirilib ki, A.Abbasov ionların daimi müştərisi olub: "Bu hadisədən çox məyus olduq. Dünən saat 13 radələrində 4 nəfər gəlmişdilər. Həmişəki kimi kabinetdə oturmuşdular. Saat 16 radələrində belə bir hadisə baş Verdi. Biz heç süfrəyə də toxunmamışdıq, müstəntiqlər gəlib baxdılar. Dedilər ki, qan təzyiqindən vəfat edib”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.