SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Paşinyanın bloku yeni parlamentdə 88 kürsü qazanıb
DÜNYA 07:00 / 17.12.2018

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nokol Paşinyanın "Mənim addımım" bloku 132 yerli parlamentə yeni seçkilərdə 88 yer qazanıb.

Məlumata görə, bu barədə media nümayəndələrinə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Makuçyan bildirib.

"7-ci çağırış Ermənistan Parlamenti 132 deputatdan ibarət olacaq. "Mənim addımım" 88 yer qazanıb. "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" müvafiq olaraq 26 və 18 yerə sahib olub", - Makuçyan deyib.

Qeyd edilir ki, Ermənistan Konstitusiyasına əsasən ölkə prezidenti parlamentdə çoxluğun təqdim etdiyi baş nazir namizədini təsdiqləməlidir. Bundan sonra isə Nazirlər Kabineti formalaşmalıdır.

Bundan əvvəl bildirilmişdi ki, Paşinyanın bloku seçkilərdə 70.44 faiz səs toplayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.