SON XƏBƏRLƏR
19 Avqust 2019
17 Avqust 2019
16 Avqust 2019
15 Avqust 2019
14 Avqust 2019
Natiq Əliyevin qız nəvəsindən ermənilər üzərində MÖHTƏŞƏM QƏLƏBƏ: BİRİNCİ OLDU - FOTO/VİDEO
İDMAN 06:45 / 16.12.2018

Mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevin Sara Əliyeva ilə evliliyindən olan qızı Aliyə Rusiyada keçirilən "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsində qalib gəlib.

Xəbər veririk ki, bu barədə Aliyə Əliyeva özü məlumat verib:

"Heç vaxt təsəvvür etməzdim ki, Moskvada birinci yerə çıxa bilərik, ancaq bu, baş verdi. Bizim komandanın rəhbəri Emin Qədirov və layihənin təşkilatçısına çox təşəkkür edirik. Sizsiz bu gözəl layihə gerçəkləşməzdi. O qədər daha xoş xatirə və emosiyalar var ki... Onları heç vaxt və heç yerdə yaşamamışdım. Digər ölkələrdən gələn bütün uşaqları dostlarım adlandıra bilərəm. Siz də çox çalışdınız və çox sevindim ki, sizin kimi uşaqlarla tanış oldum!"

Aliyə Əliyeva yarışma ərzində onu daim dəstəkləyən anasına isə minnətdarlığını belə ifadə edib:

"Sonda anama təşəkkür edirəm ki, mənə inandı və hələ də inanır. O, özgüvənimin itməsinə imkan vermir. Özümə isə demək istəyirəm ki, bu, yalnız başlanğıcdır və ümid edirəm ki, gələcəkdə bu, əlimdə tutduğum sonuncu mükafat olmayacaq”.

Qeyd edək ki, RU.TV" kanalında yayımlanan "Во Весь Голос 2018" beynəlxalq musiqi televiziya müsabiqəsi 13-17 yaş uşaqlar arasında keçirilir. "Во весь голос" istedadlı yeniyetmələrdən ibarət komandaların iştirak etdiyi musiqi müsabiqəsidir. 16 yaşlı Aliyə Əliyeva bu layihədə Emin Qədirovun qrupunda, həmvətənləri ilə birlikdə komanda şəklində çıxış edib.

Azərbaycanlı iştirakçılar bu yarışmanın finalında Rusiya, Belarus, Latviya, Qazaxıstan, Tacikistan, Gürcüstan, Moldova və Ermənistan komandalarını geridə qoyaraq qələbə qazanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.