SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Məktəblilərin qız üstündə QANLI DAVASI
HADİSƏ 04:43 / 16.12.2018

Rusiyanın Tümen vilayətində orta məktəb şagirdləri arasında kütləvi dava baş verib.

 Teleqraf.com-a istinadən istinadən xəbər veririk ki, dava qız üstündə olub. Məlumata görə, 14 yaşında olan Roman adlı şagird aşağı sinifdə oxuyan bir qıza vurulub. Günlər keçdikcə Roman sevdiyi qızı rahat buraxmır, rəfiqələrinin yanında olsa belə, onun ətrafından çəkilmir.

Məsələni belə görən qızlar öz sinif yoldaşlarından biri - 11 yaşlı Maksimə vəziyyəti olduğu kimi danışırlar. Maksim əvvəlcə telefonla Romanla danışır və ondan qızları bir də narahat etməməyi istəyir. Maksimin bu sözləri qarşı tərəfi qıcıqlandırır və Roman ona aid olmayan söhbətə müdaxilə etməməyi təkidlə tələb edir.

Telefonda razılığa gələ bilməyən yeniyetmələr söhbəti davam etdirmək məqsədilə Muzey Parkı adlanan yerdə görüşməyi qərarlaşdırırlar.

Roman 20 nəfər dostu ilə artıq görüş yerində idi. Maksim isə özü kimi 5 çəlimsiz sinif yoldaşı ilə gəlmişdi.

Əvvəlcə mübahisə edirlər və birdən sözləri düz gəlməyən məktəblilər əlbəyaxa davaya başlayırlar. Özündən yaşca böyük olan Romanla bacarmayan Maksim büdrəyərək yıxılır. Fürsəti əldən verməyən Roman isə dərhal onun üstünə oturaraq yumruqlamağa başlayır. O, onu qədər vurur ki, Maksim al-qanın içində huşunu itirir.

Vəziyyəti belə görən Roman dostları ilə hadisə yerindən uzaqlaşır.

"Qızların müdafiəçisi” ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Müayinələrdən sonra onun vəziyyətinin xüsusilə ağır olduğu üzə çıxır.

Qeyd edək ki, hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb-araşdırılmaması haqda məlumat verilmir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.