SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Bakıda şagird konfetdən zəhərlənib - VİDEO
HADİSƏ 09:44 / 15.12.2018

Bakıda 4-cü sinif şagirdinin yediyi konfetdən zəhərləndiyi iddia edilir.

Məlumata görə, şagird konfet yeyəndən sonra halı pisləşib.

Bu barədə müğənni Elnarə Xəlilova  məlumat verib. O, bildirib ki, zəhərlənən 9 yaşlı Miryunis Fəttayev onun oğlunun sinif yoldaşı olub. Müğənni iddia edir ki, Miryunis Fəttayev 4 ədəd "Booom" adlı konfeti yedikdən sonra qəfil halı pisləşməyə başlayıb. Yaxınları bunu görüb və onu dərhal Qarayev adına 2 saylı uşaq kliniki xəstəxanasına çatdırıblar. Xəstə daxil olarkən ümumi vəziyyəti ağır olduğundan onu reanimasiya şöbəsinə yerləşdiriblər. Miryunis Fəttayevə həkimlər qidadan zəhərlənmə diaqnozu qoyublar.

Elnarə Xəlilova deyir ki, hazırda uşağın vəziyyəti normaldır. Ancaq buna baxmayaraq belə hadisə ilə digər uşaqlar da qarşılaşa bilərlər.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb. Vətəndaşlardan xahiş olunur ki, bu kimi faktlarla qarşılaşan zaman dərhal Agentliyin 1003 "Qaynar xətt"inə zəng edib ətraflı və dəqiq məlumatlar versinlər. Bu zaman araşdırmalar həyata keçirilir və aidiyyəti üzrə tədbirlər görülür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.