SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
İranda bu qadınlara 74 şallaq vurulacaq
DÜNYA 03:15 / 15.12.2018

İranda qadınlar arasında plastik əməliyyat geniş yayılıb.

ölkə.az-a istinadənxəbər veririk ki, göstəricilərə görə iranlı qadınlar dünyada ən çox plastik cərraha müraciət edən qadınlar sırasına yüksəlib.

Statistikalara əsasən, plastik əməliyyat tələbi ən çox 17-26 yaş arası qadınlarda olur. Məlum olub ki, orta və yuxarı sinfin qadınları arasında belə əməliyyatlar çox geniş yayılıb.

Mütəxəssislər qeyd ediblər ki, plastik əməliyyat olunan insanların 50 faizinə cərrahi müdaxilə ehtiyac olmayıb. Gənclər daha gözəl görünmək, dəbə ayaq uydurmaq üçün cərrahlara müraciət edirlər. İranda 3 mindən çox həkim plastik əməliyyat edir. Səhiyyə nazirliyi isə bu insanların çox az hissəsinə icazə verir, əməliyyatların əksəriyyəti mütəxəssis olmayan insanlar tərəfindən həyata keçirilir.

Təkcə həkimlərdən biri son 11 il ərzində 5 min burun əməliyyatı etdiyini bildirib. Xaricdən isə hər ay 7-8 nəfər gəlir və cərraha müraciət edir. Avropada yaşayan və burun əməliyyatı üçün İrana səfər edən 33 yaşlı qadın bildirib ki, daha yaxşı xarici görünüş, ucuz qiymət üçün belə bir qərara gəlib.

Ötən aylarda İran parlamentinin hüquq komissiyasının mətbuat katibi Həsən Novruzi bildirmişdi ki, "eşşək qulağı" və "pişik gözü" plastik əməliyyatı etdirən və edənlərə 10 gündən 2 aya qədər həbs cəzası və 74 şallaq cəzası tətbiq ediləcək.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.