SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Ordunun həmləsinə İLK CAVAB gəldi: Kürdlər ayağa qalxdı
DÜNYA 07:58 / 15.12.2018

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu tərəfindən PKK-terror təşkilatına qarşı Fərat çayının şərqində həyata keçiriləcək 3-cü ortaq hərbi hərəkat Suriya Demokratik Qüvvələrini (SDQ) hərəkətə keçirib.

Xəbər veririk ki, YPG terror təşkilatının tərkibində olduğu SDQ-nin ali baş komandanı Məzlum Kobani Fərat çayının şərqindəki kürd qüvvələrinin hücumlara qarşı müdafiəyə hazır olduğunu və türk ordusuna dirənəcəklərini bildirib.

Həm YPG-nin, həm də SDQ-nin qurucularından olan Kobani ordunun ilk açıqlamasını "Röyters” agentliyinə və "Əl Mayadin” televiziyasına verib.

Qeyd edək ki, daha öncə suriyalı kürdlərin təktərəfli olaraq elan etdiyi muxtar hakimiyyət məsələ ilə bağlı açıqlama vermişdi. Açıqlamada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sadəcə suriyalı kürdlərin nəzarətindəki bölgələri deyil, Suriyanın ərazi bütövlüyünü hədəf aldığı, beynəlxalq hüququ pozduğu iddia edilmişdi.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.