SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
Türkiyədə dəhşətli QATAR QƏZASI: çox sayda ölü və yaralı var - FOTO/VİDEO (YENİLƏNİR)
DÜNYA 11:49 / 13.12.2018

Türkiyənin Ankara şəhərində baş verən qatar qəzasında ölənlərin və yaralananların sayı artmaqdadır.

Xəbər veririk ki, qəzada 1 maşinist olmaqla, 6 nəfər ölüb. 46 nəfər yaralanıb. Ankara Respublika Baş Prokurorluğu qəza ilə bağlı istintaq əməliyyatı başladıb.

***

Türkiyənin Ankara şəhərində qatar qəzasının səbəbi açıqlanıb.

Ankara valisi Vasip Şahin sürət qatarının şəhər ətrafına gedən qatarlardan biri ilə toqquşduğunu bildirib.

Hadisə nəticəsində 4 nəfər ölüb, 43 nəfər yaralanıb.

***

Türkiyənin paytaxtı Ankarada sürət qatarı qəzaya uğrayıb.

Xəbər veririk ki, qatarının qəzaya uğraması nəticəsində çox sayda ölü və yaralı var. İlkin məlumata görə, qəza nəticəsində 6 nəfər ölüb, 20 nəfərə yaxın sərnişin yaralanıb. Hadisə yerinə təcili tibbi yardım və xilasedicilər cəlb edilib.

Qatar Ankara-Konya marşrutu üzrə hərəkət edirmiş.

Qəzanın baş vermə səbəbi hələ məlum deyil. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.