SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Mərkəzi Bank 500 avro nominallı pul nişanının təkrar tədavülə buraxılmaması ilə bağlı açıqlama yayıb
İQTİSADİYYAT 22:18 / 12.12.2018

Mərkəzi Bank son günlər mətbuatda və xəbər portallarında 500 avro nominallı pul nişanı ilə bağlı dərc olunmuş məlumatlarla və daxil olmuş sorğularla bağlı açıqlama yayıb.

Mərkəzi Bankdan xezerxeber.az-a bildiriblər ki, Avropa Mərkəzi Bankı 2016-cı il mayın 4-də 500 avro nominallı əsginasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib.

Bununla əlaqədar, Avropa Mərkəzi Bankının 2018-ci il noyabrın 23-də yaydığı press-relizə əsasən, Almaniya (Bundesbank) və Avstriya mərkəzi bankları tərəfindən gələn il aprelin 26-dan (həmin gün daxil olmaqla), avrozonaya daxil olan bütün digər mərkəzi banklar tərəfindən isə yanvarın 29-dan (həmin gün daxil olmaqla) etibarən 500 avroluq pul nişanının təkrar tədavülə buraxılmasının dayandırılacağı bildirilib.

Buna baxmayaraq, həmin tarixlərdən sonra 500 avroluq pul nişanının tədavüldə qanuni pul vahidi kimi qalacağı, ödəniş və yığım vasitəsi kimi istifadəsinin davam edəcəyi qərara alınıb.

Eyni zamanda, 500 avroluq pul nişanının bütün kommersiya strukturlarının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əsginaslar kimi onun da daim öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq avrosistemə daxil olan mərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub.

İstinad:https://www.bundesbank.de/en/tasks/topics/production-and-issuance-of-the--500-banknote-will-be-discontinued-623402 .


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.