SON XƏBƏRLƏR
15 Noyabr 2019
14 Noyabr 2019
13 Noyabr 2019
12 Noyabr 2019
11 Noyabr 2019
İrəvanda Köçəryan tərəfdarları küçəyə çıxdı
DÜNYA 15:12 / 12.12.2018

Bu gün Ermənistanda onlarla şəxs Baş Prokurorluğun qarşısında Köçəryana azadlıq tələbi ilə aksiya keçirib.

Axar.az xəbər verir ki, "Prezidentə azadlıq” təşəbbüs qrupunun keçirdyi aksiyada çıxış edən təşkilatçılardan biri Armen Minasyan hakimiyyəti "Qarabağ qəhrəmanları”na qarşı diskriminasiyada günahlandırıb.

"Hakimiyyət qorxu mühiti yaradır, insanlar donosdan qorxur və ona görə də çoxları mitinqə gəlməkdən imtina edir”, - Minasyan mitinqə az admın gəlməsini bu sözlərlə əsaslandırmağa çalışıb.

Qeyd edək ki, iyulun sonunda Köçəryan 1 mart 2008-ci il hadisələri ilə bağlı həbs edilmişdi. Ancaq Apellyasiya Məhkəməsi 13 avqustda bu qərarı ləğv etdi və o, azadlığa buraxıldı. Baş Prokurorluq isə Kassasiya Məhkəməsinə şikayət verdi. İş yenidən Apellyasiya Məhkəməsinə qaytarıldı və 7 dekabrda Köçəryan növbəti dəfə həbs edildi.

Bunun ardınca yaradılan "Prezidentə azadlıq” təşəbbüs qrupu 11 dekabrdan başlayaraq, silsilə aksiyalar keçirəcəyini açıqlayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.