SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Heydər Əliyevin ideyası Rusiya, İran və Azərbaycan... - Dmitri Kiselyov
MÜSAHİBƏ 00:05 / 12.12.2018

Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, həm də daha geniş regionda sülh amilidir.

Publika.az xəbər verir ki, bunu "Rusiya bu gün” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru, məşhur aparıcı Dimitri Kiselyov "Vestnik Qafqaz” saytının müxbiri ilə söhbətində deyib.

"İndi Rusiya-Azərbaycan münasibətləri yalnız Qafqazda deyil, onun hüdudları xaricində sülh amilidir. Məsələn, Azərbaycan Rusiya ilə İran arasında, hətta bizim üçtərəfli layihələrimizdə bir tərəfdaş kimi uğurla fəaliyyət göstərir”, - o bildirib.

Dmitri Kiselyov vurğulayıb ki, Rusiya və Azərbaycan arasında müasir qarşılıqlı sərfəli və konstruktiv strateji münasibətlərin formalaşmasına Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev əhəmiyyətli töhfə verib.

"Mənə elə gəlir ki, o, sağlam təməl qoydu. Heydər Əliyevin ideyası Rusiya-İran-Azərbaycan münasibətləri üçbucağını qurmaq idi və bu üçbucaq kifayət qədər balanslaşdırılmışdı. Bunun sayəsində Rusiya-Azərbaycan münasibətləri Xəzər dənizində nizama salınmanın amili oldu”, - "Rusiya bu gün”ün baş direktoru vurğulayıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyev bu mənada öz atasının xəttini davam etdirir. Məşhur aparıcı qeyd edib ki, Azərbaycan kifayət qədər sürətli templərlə inkişaf edir, özünü beynəlxalq səhnədə rahat hiss edir, ölkə daxilində sabit və tarazlaşdırılmış cəmiyyət yaşayır.

Bütövlükdə Qafqaz haqqında danışan məşhur aparıcının sözlərinə görə, Qafqaz öz taleyini özü idarə etməli, kiminsə arxasınca getməməlidir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.