SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Narkotik qəbul etdi, arvadını 5-ci mərtəbədən atdı
HADİSƏ 13:41 / 11.12.2018
Bakıda kişi həyat yoldaşını öldürüb.

Hadisə paytaxtın Nəsimi rayonu, 381-ci məhəllə, R.Behbudov küçəsi ev 65, mənzil 51-də baş verib.

Həmin mənzildə yaşayan Taxveli Adelya Azər qızının binanın 5-ci mərtəbəsinin balkonundan yıxılaraq ölməsi barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qadının həyat yoldaşı Taxveli Ramiz Pərviz oğlunun avtomaşınına baxış keçirilərkən kibrit qutusunda çəkisi 5.647 qram olan qurudulmuş marixuana aşkar edilib.

Məlum olub ki, R.Taxvelidə narkotik qəbulu nəticəsində psixi pozğunluq yaranıb və həyat yoldaşı Adelya Taxvelini yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb və R. Taxveli saxlanılaraq istintaqa təhvil verilib.(trend.az)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.