SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda 18 yaşlı anadan QANDONDURAN ƏMƏL: doğulacaq körpəsinin xəstə olduğunu bildi və... Hadisə
HADİSƏ 06:24 / 11.12.2018

Lənkəranda ana öz körpəsini bətnində öldürüb.

Trend-in məlumatına görə, hadisə Lənkəran rayon Mərkəzi Xəstəxanasında baş verib.

Dekabrın 10-da gecə saat 01 radələrində 2000-ci il təvəllüdlü Bəşirova Xədicə Emil qızı 7 aylıq hamiləliklə xəstəxananın doğum şöbəsinə gətirilib. Qadın uşağı dünyaya gətirəndən dərhal sonra körpə ölüb.

Araşdırmalar zamanı X.Bəşirova bildirib ki, hamilə vaxtı müayinədən keçərkən dünyaya gətirəcəyi qız uşağının xəstə olduğunu bilib. Buna görə də o, uşağın ölməsi üçün dekabrın 9-da dərman qəbul edib.

Nəticədə, dekabrın 10-da uşaq dünyaya gəlib və dərhal ölüb.

Faktla bağlı Lənkəran rayon prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.