SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Masallıda DƏHŞƏTLİ YANĞIN - 1 ölü, 2 yaralı
HADİSƏ 14:22 / 10.12.2018

Masallı rayonunun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə nəticəsində bir ailənin iki üzvü, Müseyibov Əli Əbülfəz oğlu, Müseyibov Məhəmməd Əbülfəz oğlu və yaxın qohum Sənan Kərimov ağır yanıq xəsarətləri alıblar.

"Dərhal hadisə yerinə gələn Masallı rayon Təcili Yardım Xidməti tərəfindən yanan şəxslər xəstəxanaya çatdırılıb. Lazımi ilkin reanimasyon yardımlardan sonra hər biri Təcili Yardım maşınları ilə Respublika Yanıq Mərkəzinə gətirilib. Mərkəzin mütəxəssisləri tərəfindən konsilium təşkil edilib. Reanimasiyon tədbirlər görülüb. Lakin buna baxmayaraq, bədən sətinin 100 faiz termiki yanığı, tənəffüs yollarının tamamən yanığı diaqnozu qoyulan Müseyibov Əli Əbülfəz oğlu (2005-ci il təvəllüdlü) dünyasını dəyişib. Müseyibov Məhəmməd (2010 –cu il təvəllüdlü) və Kərimov Sənan (2006-cı il təvəllüdlü)vbədən sətinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicələri davam edir. Vəziyyətləri ağırdır”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.