SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Bakıda taksi sürücüsü qəza törətdi: dörd sərnişin yaralandı - FOTOVİDEO
HADİSƏ 16:29 / 08.12.2018

Səhər saat 04:30 radələrində paytaxtın "Nobel” prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Oxu.Az-ın xəbərinə görə, "Toyota” markalı, 10 VA 309 dövlət nömrə nişanlı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsini yolkənarı səkiyə çırpıb. 

Qəza zamanı avtomobildə olan dörd nəfər - 1992-ci il təvəllüdlü Hüseynov Şahin Akif oğlu, 1982-ci il təvəllüdlü Əsədov Rasim Nemətoğlu, 1980-ci il təvəllüdlü Cəfərov Zaur Tahir oğlu və 1988-ci il təvəllüdlü Əliyev Firudin Rafael oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar 1 saylı Şəhər Klinik Mərkəzə çatdırılıb. 

Hazırda vəziyyətləri qənaətbəxşdir.

Qeyd olunur ki, sürücü taksi fəaliyyəti ilə məşğuldur və maşında olan dörd nəfər sərnişin olub.  Qəza nəticəsində avtomobil yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.