SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Aydın Hüseynov: Maliyyə nazirinin fikirləri tamamilə təhrif olunub
MÜSAHİBƏ 13:19 / 07.12.2018
"Maliyyə naziri Samir Şərifovun fikirlərinin bəzi mətbuat orqanları və eləcə də, təcrübəli iqtisadçı və Milli Məclisin üzvü Vahid Əhmədov tərəfindən düzgün şəkildə şərh olunmaması təəssüf doğurur. Çünki bu tərzdə şərhlər cəmiyyətdə manatın məzənnəsi ilə bağlı çaşqınlıq yarada bilər. Bu, düzgün addım deyil”.

Bunu açıqlamasında millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, 2019-cu il üçün parlamentdə büdcə qəbul olundu və çox geniş şəkildə müzakirə edildi:

"Büdcə Milli Məclisdə 3 oxunuşdan keçdi. Eyni zamanda, 2019-cu ilin büdcəsi müzakirə edilərkən baş nazirin rəhbərliyi ilə hökumətin bütün üzvləri orada iştirak etdilər. Müzakirələrdə millət vəkilləri öz fikir və təkliflərini səsləndirdilər. Nəticədə, praqmatik və iqtisadiyyatımız üçün əhəmiyyətli, Azərbaycan vətəndaşlarının maraqlarını ifadə edən büdcə qəbul olundu. Maliyyə naziri televiziyadakı çıxışında 2019-cu il ilə bağlı öz fikirlərini bildirərkən manatın məzənnəsinin ifrat və kəskin şəkildə möhkəmlənməsinin daxili istehsalçıların fəaliyyətinin məhdudlaşdıracağını deyib. Məlumdur ki, iqtisadi strategiyamızın ən başlıca məqsədlərindən biri daxili istehsalı artırmaq, ixrac istiqamətli, rəqabət qabiliyyətli məhsullarla xarici bazarlara çıxmaqdır.

2019-cu ilin büdcəsi yeni büdcə qaydalarına əsasən proqnozlaşdırıldı. Bu qaydalara əsasən, neftdən gələn gəlirlərlə milli valyutamız arasındakı tənzimlənmə yeni büdcə qaydalarında özünü əks etdirir. Maliyyə naziri də öz fikirlərini bu istiqamətdə aydın şəkildə ifadə edib. Bir daha qeyd edək ki, bu fikirlər tamamilə təhrif olunub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətimiz sayəsində Azərbaycan iqtisadiyyatı öz dayanıqlı və davamlı inkişafını təmin edib. Bu isə özünü bir daha 2019-cu il üçün planlaşdırılan büdcədə daha bariz şəkildə əks etdirir. Sosial istiqamətli olan büdcəmizdə əmək haqlarının artırılması, təqaüdlərin miqdarının artırılması nəzərdə tutulub. Bütövlükdə sosial sferanı əhatə edən önəmli tədbirlər üçün vəsait proqnozlaşdırılıb. Bütün bu nailiyyətlərimiz fonunda iqtisadiyyatımızın inkişaf etməsi üçün irəli sürülən cəhdlərə mənfi rəng vermək, onu gözdən salmaq istiqamətində qaralama kampaniyası aparmaq, əlbəttə, qəbulolunmazdır”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.