SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Təzyiqi düşən xəstəyə təzyiq salan dərmanı kim verib? - 18 yaşlı qızın faciəsi...
HADİSƏ 23:14 / 06.12.2018
Yaxınları elə zənn edib ki..."

Yevlax rayonunda 18 yaşlı qızın ölümünün bəzi təfərrüatı məlum olub.

Yevlax rayon Mərkəzi Xəstəxanasından AzNews.az-a verilən məlumata görə, 18 yaşlı, Sona Əliyevanın ölüm səbəbi məhkəmə tibbi ekspertizasının rəyindən sonra bilinəcək:

"Xəstəxanaya çox ağır vəziyyətdə gətirilib. Yaxınlarının verdiyi məlumata görə, o, arıqlama üçün dərmanlar atırmış. Xəstəxanaya gətirilən gün onun təzyiqi düşüb. Yaxınları elə zənn edib ki, Sonanın təzyiqi qalxıb, buna görə də o, təzyiqinin düşməsi üçün dərman atıb. Nəticədə təzyiq çox düşüb və həkimlərin səyinə baxmayaraq, onu həyata qaytarmaq mümkün olmayıb”.

Yevlax rayon sakinləri isə S. Əliyevanın dəfn olunduğunu qeyd ediblər:

"Ailənin tək qızı idi. İki qardaşı var, onlar ailəlidir. Sonanın atası da dünyasını dəyişib. Onlar Ağdam sakinidirlər. Ailəsi onun dərman atdığını deyib. Dərmandan sonra təzyiqi çox düşüb. Nəticədə komaya düşüb və dünyasını dəyişib”.

Qeyd edək ki, Yevlax sakini, 2000-ci il təvəllüdlü Sona Əliyeva dekabrın 4-də axşam saatlarında zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.