SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
MONEYVAL pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan sistemini müsbət dəyərləndirib
CƏMİYYƏT 17:46 / 06.12.2018
Avropa Şurasının MONEYVAL Komitəsi pulların leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemini müsbət dəyərləndirib.

Maliyyə Monitorinqi Xidmətindən  bildiriblər ki, Avropa Şurasının MONEYVAL Komitəsinin 57-ci plenar iclası çərçivəsində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının IV raund qiymətləndirilməsi üzrə növbəti tərəqqi hesabatı dinlənilib.

Müzakirələrin nəticələrinə uyğun olaraq qəbul olunmuş qərarda IV raund çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 40+9 Tövsiyəsinin, o cümlədən MONEYVAL-ın onlardan irəli gələn tövsiyələrinin Azərbaycan Respublikası tərəfindən müvəffəqiyyətlə yerinə yetirildiyi qeyd edilib. Həmçinin ölkədə bu sahədə aparılmış islahatlar yüksək dəyərləndirilib, institusional potensialın gücləndirilməsi, hüquqi bazanın, nəzarət mexanizmlərinin təkmilləşdirilməsi ilə əlaqədar əldə edilmiş nailiyyətlər xüsusi olaraq vurğulanıb.

Bununla da, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının mübarizə sistemi beynəlxalq səviyyədə mövcud standartlara tam cavab verən sistem kimi qiymətləndirilib.

38 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.