SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Kim hardan gəldi sürür - Nəticədə də həmin yolda tıxac yaranır - VİDEO
CƏMİYYƏT 14:20 / 06.12.2018

Paytaxda bir yol var ki,bu yolda sürücülərkim necə gəldi elədə avtomobili idarə edir. Nəticədə də həmin yolda tıxac yaranır. Paytaxtın Nəsimi rayonu 3-cü mikrarayon dairəsi istiqamətindən Dərnəgül yolu istiqamətin getdikdə eləcədə Qələbə dairəsi istiqamətindən bu yola daxil olduqda əksər sürücülər vaxt itikisi ilə qarşılaşırlar.

Həm qarşı zolağa çıxırlar, həm də bir-birilərinə yol verməmək səbəbindən uzun tıxaclar yaranır.

Bura Paytaxtın Nəsimi rayonu ərazisi 3-cü mikrarayon dairəsi istiqamətindən üzü Dərnəgül yolu istiqamətinə hərəkət etdikdə yol qovşağının altındakı yerdir..Demək olar ki,əksər günllərbu yolda tıxac yaranır.

Qələbə dairəsi istiqamətindən Dərnəgül yolu və 3-cü mikrarayon dairəsi istiqamətinə hərəkət edən avtomobillər əks istiqamətdən gələn maşınlarla yol qovşağının altında olan yolda qarşılaşmalı olurlar.Bu zaman isə bəzi sürücülərin yol hərəkəti qayadalarına düzgün əməl etməməsi səbəbindən burada tıxac yaranır.

Onlar 3-cü mikrarayon dairəsi istiqamətindən üzü Dərənəgül yolu istiqamətinə hərəkət etdikdə yolda qoşa xəttin çəkilməsini və müvafiq nişanınqoyulmasını məqsədəuyğun hesab edirlər.Çünki belə olduqda,Qələbə dairəsi istiqamətindən hərəkət edən sürücülər onların yoluna da daxil ola bilməyəcəklər.

Prpblemlə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq.Qurumdan bildirildi ki,əməkdaşlar sabahdan həmin ərazidə təhlillər aparacaqlar.Problemin qarşısını almaq üçün mümkün olan tədbirlər hayata keçiriləcək.


41 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.