SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Nefçalada zəncirvari qəza olub, 1 nəfər ölüb
HADİSƏ 11:33 / 05.12.2018

Neftçala rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən  verilən məlumata görə, dekabrın 4-də saat 18 radələrində Neftçala rayonunun Qaravəlli kəndi ərazisində şəhər sakini Vasif Qurbanov idarə etdiyi "VAZ-21214” markalı avtomobili qarşıda gedən Bankə qəsəbə sakini Bəğəli Şirinovun idarə etdiyi "T-28” markalı traktora, sonra isə Xıllı qəsəbə sakini Şahmar Ələkbərovun idarə etdiyi "Mitsubishi” markalı avtomobilə vurub.

Nəticədə V.Qurbanov hadisə yerində ölüb.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.


164 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.