SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Azərbaycanda vəzifəli şəxsin nişanlı oğlu faciəvi şəkildə öldü - FOTO
HADİSƏ 15:31 / 05.12.2018

Dünən Neftçala rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Əldə etdiyi məlumata görə, saat 18:15-də Salyan-Neftçala yolunun 37-ci kilometrliyində 03.08.1984-cü il təvəllüdlü Qurbanov Vasif Vaqif oğlunun idarə etdiyi "VAZ 21214” markalı, 90 SD 432 nömrə nişanlı avtomobil, Bağəli Şirinovun sürdüyü "T-28” markalı traktorun qoşqusuna çırpılıb. Daha sonra avtomobil idarəetmədən çıxaraq "Kredit Evi” kredit təşkilatının Neftçala filialının kredit mütəxəssisi Ələkbərov Şahmar Vahid oğlunun sürdüyü 47 BD 441 nömrə nişanlı, "Mitsubishi Pajero İO” markalı digər minik maşınına çırpılıb. Nəticədə Vasif Qurbanov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Məlumata görə, hadisə Xıllı kəndi ərazisində Şahmar Ələkbərov işdən evə gedərkən baş verib. Qəzada ölən 34 yaşlı Vasif nişanlı olub və bu həftə nişanı olacaqmış. O, "Aqrolizinq”in Neftçala rayon bölməsinin müdiri Vaqif Qurbanovun oğludur.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.


170 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.