Polis qadın sürücüyə sürücülük vəsiqəsilə bağlı cərimə yaxdığı üçün qadın aramsız bağırmağa başlayır. FaktXeber.com-un verdiyi məlumata görə, bu hadisə Türkiyənin İstanbul şəhərində qeydə alınıb.
Sonradan məlum olub ki, sürücü dr. Özləm Atan Tarlacı Universitet müəllimidir. O, təhsil müəssisəsində vacib iclasa qatılmalı gecikirmiş. Lakin yol polisi tərəfindən saxlanılıb və sənədləri istənilib. Professor sürücülük vəsiqəsini təqdim etdikdə isə polislər bunun qırıq olduğu və vəsiqəsiz maşın sürməyə görə cərimə yazacaqlarını deyiblər. Qadın nə qədər gecikdiyi desə də polislər səbəbsiz yerə onu uzun müddət gözlədiblər. Başqa bir polis əməkdaşı onu telefonla çəkməyə başladıqda isə əsəb sarsıntısı keçirib.
Çəkilişin mediaya sızdığını görən qadın məhkəməyə müraciət edib