SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
SOCAR Avro-5 standartlı benzinin istehsalına nə vaxt başlayacq?
İQTİSADİYYAT 09:11 / 05.12.2018

Avro-5 standartlı benzinin istehsalı təxminən 2021-ci ilin əvvəlindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda mümkün olacaq.

Bildiririk ki, bu fikirləri "Trend”ə açıqlamasında SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin teşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

"Dizel kompleksinin modernləşdirilməsi işlərinin 2020-ci ilin sonlarında başa çatdırılması nəzərdə tutulub, Avro-5 standartlı benzinin istehsalı isə 2021-ci ilin əvvəlindən mümkün olacaq”, - Əhmədov bildirib.

Onun sözlərinə görə, modernləşdirmə daxili bazarı Avro-5 yanacağı ilə təmin etməyə imkan verəcək.

"Buraya ilk növbədə dizel yanacağı daxildir. Modernləşdirmə 92-95-98 oktanlı, Avro-5 standartlı benzinin və digər məhsulların istehsalına da imkan verəcək”, - Əhmədov deyib.

O əlavə edib ki, son illər Azərbaycanda yanacağa olan tələbata görə istehsal olunan məhsulların əsas həcmi daxili bazar üçün nəzərdə tutulub.

Əhmədov qeyd edib ki, istehsal olunan məhsullar daxili bazarda tələbatı tam ödəyəcək, qalan hissə isə ixrac olunacaq.

Xatırladaq ki, hazırda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşmə işləri həyata keçirilir və işlərin 2021-ci ildə yekunlaşdırılması proqnozlaşdırılır. Modernləşdirmədən sonra zavodun istehsal gücü illik 6 milyondan 8 milyon tona, istismar müddəti 2040-ci ilə qədər artırılacaq.

Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda modernləşdirmə işlərinin dəyəri 2,2 milyard dollar qiymətləndirilib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.