SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
Erməni general ruslara yalvardı: “Xahiş edirəm, Qarabağ məsələsini müharibə ilə həll etməyin…
MÜSAHİBƏ 10:10 / 04.12.2018

General-leytenant Norat Ter-Qriqoryants: "Dağlıq hərbi əməliyyatlar ərazisi bizim əlimizdədir…”
"İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq...”

 

Moderator.az xəbər verir ki, bu sözləri erməni general-leytenant Norat Ter-Qrigoryants İrəvanda erməni-rus "Lazarev Klubu" nun Qarabağa həsr edilmiş iclasında çıxış edərkən deyib.

 

"Müharibə ilə xalq qarşısında duran vəzifələri yerinə yetirmək mümkün deyil. İndi biz Azərbaycanla müqayisədə pis silahlanmamışıq. Bizdə düşmənə ən yüksək səviyyədə sarsıdıcı bir məğlubiyyət yetirmək üçün bütün silahlı mübarizə vasitələrimiz var. Üstəlik, Ancaq bu məsələni müharibə ilə həll etməməyinizi xahiş edirəm…”-deyə erməni general yalvarıb.

 

P.S. Hiss olunur ki, erməni general bir yandan Rusiyadan alınan silahlara və Ermənistandakı 102-ci bazaya arxayın olaraq bizə qarşı hərbi üstünlükdən danışır, ancaq digər tərəfdən, gerçəklikdə Azərbaycanın hərbi gücünün, ən azı, say və maddi-texniki təminat baxımından ermənilərinkindən üstün olduğunu, eləcə də Moskvanın İrəvanı cəzalandırmaq məqsədilə Bakı ilə təkbətək qoyacağından məğlub olacaqlarından çəkinir. Ona görə də Rusiyanın təsis etdiyi klubda yalvarır ki, Qarabağ məsələsini savaşla həll etməyin…

 

P.P.S. Azərbaycan düşmən generallarına gerçək bir qorxu yaşatmaq imkanını tezliklə reallaşdırmalıdır…


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.