SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
11 yaşlı məktəblinin başına bədbəxt hadisə gəldi - VİDEO
HADİSƏ 14:11 / 02.12.2018

Sumqayıtda güclü külək irigövdəli ağacı məktəbdən evə qayıdan azyaşlının üzərinə aşırıb. Ağır xəsarət alan məktəbli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Üzərinə irigövdəli ağac aşan məktəbli ağır xəsarət alıb.

Hadisə Sumqayıtda baş verib. Katec qəsəbəsində yaşayan 11 yaşlı Aysun Məcidova təhsil aldığı 9 nömrəli tam orta məktəbdən çıxıb evə gedərkən güclü küləkirigövdəli ağacı onun üzərinə aşırıb. 6 sinif şagirdi olan Aysun aşan ağacın altında qalaraq ağır xəsarələr alıb. Məktəbli yaxınlıqda olan insanların köməkliyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan azyaşlı qız xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Güclü külək nəticəsində aşan ağac isə ərazidən götürülüb.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.