SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanda əmək pensiyaları ilə bağlı - MÜHÜM DƏYİŞİKLİKLƏR - VİDEO
İQTİSADİYYAT 11:05 / 02.12.2018

Pensiyalarla bağlı qanunvericiliyə edilən dəyişikliklər əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Dəyişiklik və yenilikləri şərh edən ekspertlər deyir ki, bu pensiyaların məbləğındə ciddi artımla müşahidə olunacaq.

Milli Məclisdə əmək pensiyaları haqqında qanuna edilən dəyişiklər əhalinin sosial müdafiəsinin gücləndirilməsində xüsusi önəmə sahibdir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, əmək pensiyaları ilə bağlı dəyişikliklərdə pensiyaya çıxan və 2006-cı ildən öncə əmək stajında əksik stajı olan şəxslərin hamısının pensiyasının 25 illik əmək stajı ilə hesablanması çox önəmli bir addımdır.

daha bir yenilik isə pensiyaların bir qismində ciddi artımların olmasıdır. Bu daha çox az miqdarda müavinət alanların pensiyalarına aiddir.

Vüqar Bayramov bildirir ki, əmək pensiyalarının öncəki hesablanma qaydasına görə pensiyaya çıxan zaman insanlar ciddi problemlərlə üzləşirdilər. Ancaq yeni sistemin tətbiqi sayəsində insanlar daha yüksək məbləğdə pensiya ala biləcəklər.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.