SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
`London taksi`si qarət edildi, sürücü döyüldü
HADİSƏ 01:27 / 01.12.2018

Abşeron qəsəbəsində naməlum şəxslər "London taksi"sinin sürücüsünə qarşı quldurluq edib.

Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Əhmədov Nizami Fikrət oğlunun yol vərəqəsi ilə idarə etdiyi 10 TH 394 dövlət nömrə nişanlı avtomobilə Bakıda, "20 yanvar" dairəsində 3 nəfər naməlum şəxs əyləşərək Xırdalan şəhərinə getməyi sifariş verib. Avtomobili Xırdalan şəhərinin Adıgözəlov küçəsinə sürdürən həmin şəxslər orada sürücüyə zor tətbiq edərək döyüb, avtomobildən düşürüblər.

Daha sonra mütəşəkkil dəstə avtomobildə olan 63 manatı və dəyəri 100 manat olan "Samsung J-3" markalı mobil telefonu götürərək hadisə yerindən uzaqlaşıblar.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.