SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Tənha yaşayan qadın yanaraq öldü - Azərbaycanda faciəvi hadisə - YENİLƏNDİ
HADİSƏ 14:43 / 30.11.2018

Kürdəmir rayonunda qadının ölümü ilə nəticələnən yanğın hadisəsinin təfərrüatları məlum olub.

Xəbər veririk ki, rayon mərkəzindəki Bakı prospekti, ev 41/5 ünvanında baş vermiş və ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanaraq ölməsinə səbəb olan hadisənin qaz sızmasından baş verdiyi üzə çıxıb. Belə ki, tənha yaşayan B.Rəhimova qaz sobasını yanılı qoyaraq yatıb və bir qədər sonra qaz sobasını alov bürüyüb. Daha sonra yanğının miqyası böyüyüb və yaşlı qadın otağında yanaraq ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.

*****

Kürdəmir rayonunda fərdi yaşayış evində yanğın baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə şəhərin Bakı prospekti, ev 41/5 ünvanında qeydə alınıb.

Yanğın ümumi sahəsi 150 kvadratmetr olan 4 otaq və 1 mətbəxdən ibarət kürsülü evin 12 kvadratmetrlik otağında çıxıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən maşını və 12 əməkdaşı cəlb olunub. Nəticədə ev sahibəsi Bəyim Əlirza qızı Rəhimovanın yanmış meyiti yataq otağında tapılıb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğundə araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.