SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Polis müştəriləri bankomatdan güclə ayırdı - 10 dollar əvəzinə...
HADİSƏ 20:29 / 29.11.2018
"Bank of America” bankının Hyuston şəhərindəki (Texas ştatı) bankomat bir neçə saat ərzində 10 dollarlıq əsginaslar əvəzinə 100 dollarlıq əsginas verib. Bu hadisə bankomat sistemində nasazlıq nəticəsində baş verib.

Bankın müştərilərindən biri gözləmədiyi halda 10 dollarlıq əsginas əvəzinə 100 dollarlıq əsginas alıb.

Həmin müştəri sosial şəbəkələr vasitəsilə bu barədə öz dostlarına da məlumat verib və bu xəbər sürətlə yayılıb.

Nəticədə bankomatın texniki səhvi hesabına varlanmaq istəyən onlarca insan bankomatın yanında toplaşıb.

Bankomatdan pul çıxarılması bir neçə saat davam edib. Nəhayət, polislər bunu görüb, bankomatı mühasirəyə alıblar.

Ertəsi gün "Bank of America” bankının filialının müdiriyyəti bəyanatla çıxış edərək bankomatın bu cür işləməsinin səbəbini izah edib. Məlum olub ki, müştərilərdən biri 10 dollar nağd depozit əvəzinə bankomata 100 dollarlıq əsginas daxil edib.

Bu səhv nəticəsində sistemdə nasazlıq yaranıb və bankomat xırda əsginaslar əvəzinə iri əsginaslar verməyə başlayıb.

Bankın müdiriyyəti bildirib ki, böyük əsginaslar çıxarmış müştərilər bu pulları özlərinə saxlaya bilər, çünki səhv bankın ucbatından baş verib. Lakin dairə polis serjantı Harris deyib:

"Əgər siz özünüzə məxsus olmayan pulları almısınızsa və onları qaytarmaqdan imtina edirsinizsə, dairə prokurorunun mülahizəsinə əsasən, sizi oğurluq törətməkdə ittiham edə bilərlər”.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.