SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Lənkəranda canavar yeniyetmələrə hücum edərək xəsarət yetirdi
HADİSƏ 12:17 / 29.11.2018
Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib.

Lənkəran rayonunda canavar yeniyetmələrə hücum edib.

Hadisə dağ kəndi Biləsərdə baş verib.

Canavar hücumuna məruz qalan 16 yaşlı Anar Rəcəbovun atası Rizvan Rəcəbovun dediyinə görə, oğlu axşam saatlarında mal-qaranı həyətə gətirərkən kənddə canavarın hücumuna məruz qalıb. Yırtıcı yeniyetmənin sol bud nahiyəsini dişləyib. A.Rəcəbov canavarın dişlərindən qurtarmaq üçün əlindəki mobil telefonla yırtıcının başına bir neçə zərbə edirib. Bu zaman canavar onun əlini dişləmək istəyib, lakin əlindəki telefon yeniyetmənin həyatını xilas edib.

Özünü itirməyən A.Rəcəbov yaxınlıqdakı həyətlərdən birinə girib. Onun ardınca həyətə soxulan yırtıcı həyətdəki itlə boğuşduqdan sonra səs-küydən hürkərək qaçıb.

Canavar bundan bir neçə dəqiqə sonra kəndin digər ərazisində məktəbdən evə qayıdan 8-ci sinif şagirdi Xalid Gündüz oğlu Abdullayevə hücum edərək, ona da sol bud nahiyəsindən xəsarət yetirib. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara zəruri tibbi yardımlar edilib. (report)

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.