SON XƏBƏRLƏR
18 Dekabr 2018
17 Dekabr 2018
Energetika naziri neftin qiymətinin ucuzlaşmasından danışdı - VİDEO
MÜSAHİBƏ 11:45 / 28.11.2018

Neftin qiyməti ilə bağlı hər hansı bir proqnoz vermək çox çətindir.

Məlumata görə, bunu energetika naziri Pərviz Şahbazov deyib. Nazir bildirib ki, OPEC+ formatında bu məsələnin həlli istiqamətində işlər görülür. Dekabrın əvvəlində Vyanada yenidən OPEC ölkələri və OPEC+ nazirlərinin görüşü olacaq. Orada neftin qiymətindəki enmə də müzakirə ediləcək.

Pərviz Şahbazov ölkədə enerji sahəsində aparılan islahatlardan da danışıb. Qeyd edib ki, "Eelektroenergetika haqqında" qanun layihəsi hazırlanaraq hökumətə təqdim edilib. Beynəlxalq ekspertlərlə birgə hazırlanan layihədə enerji sahəsində islahatların aparılması və kommunal ödənişlərin şəffaflaşdırılması ilə bağlı bir sıra nüanslar öz əksini tapıb.

Qanun layihəsinin yaxın vaxtlarda Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.



172 dəfə oxunub
Regioninfo.az ©2018 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım İctimai Birliyi
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.