SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
11 Oktyabr 2019
Yeni ailə quran gənc ər-arvad faciəli şəkildə öldü - VİDEO
HADİSƏ 11:14 / 28.11.2018

Şamaxıda dəm qazı yeni ailə həyatı quran gənc ər-arvadın ölümünə səbəb olub.

Məlumata görə, hadisə səhər saatlarında Şamaxı şəhərində, Məhəmməd Hadi küçəsindəki evlərin birində baş verib. Valideynləri ilə birgə yaşayan və yeni ailə həyatı quran 26 yaşlı Nafiz Feyzullayev və onun həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva hamamda çimərkən dəm qazından boğularaq dünyalarını dəyişiblər. Anası oğlu və gəlininin vanna otağında uzun müddət qalmalarından şübhələnərək onları səsləyib. Cavab almayan ana həyat yoldaşını çağırıb. Onlar qapını sındıraraq içəri daxil olarkən yerdə oğlan və gəlini huşsuz vəziyyətdə aşkarlayıblar.

Dərhal Şamaxı rayon Mərkəzi Xəstəxanasına məlumat verilib. Hadisə yerinə həkimlər gəlsə də, artıq gec olub. Faktla bağlı araşdırma aparılır.

Cəlilabadda isə 15 yaşlı qız dəm qazından boğularaq dünyasını dəyişib. Əsmər İmanov axşam saatlarında yuyunmaq üçün hamama girib. Valideyinləri Əsmərin hamamdan çıxmadığını görüb içəri daxil olublar. Yerdə huşunu itirmiş halda uzanan Əsmər yaxınları tərəfindən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.