SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
143 manat yaşayış minimumu üçün NORMAL RƏQƏMDİR - DEPUTAT
İQTİSADİYYAT 04:38 / 28.11.2018

2019-cu il üçün yaşayış minimumu dəyişib.

Xəbər veririk ki, qanun layihəsi barədə millət vəkili Hadı Rəcəbli məlumat verib.

Millət vəkili bildirib ki, yaşayış minimumu həm də ünvanlı sosial yardımın müəyyən edilməsi üçün əsas təşkil edir.

"Gələn il yaşayış minimumu 143 manat səviyyəsində müəyyən edilib. Hesab edirəm ki, bu, normal rəqəmdir. Bu dəyişikliklə 17 min ailə üçün yenidən ünvanlı yardım almaq imkanı yaranacaq”.

Spiker Oqtay Əsədov bu qanun layihəsinə gələn il yenidən baxılmasını təklif edib:

"Hörmətli Samir müəllim, ehtiyac meyarına gələn il baxmaq lazımdır. Həm də "Yaşayış Minimumu haqqında qanuna” da baxılmalıdır. Hər il bu məsələni müzakirə edirik, gələn il artıq baxmaq lazımdır”.



Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.