SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Qanun DƏYİŞDİ: Azərbaycanda işsizlərə 12 ayadək ƏLAVƏ PUL VERİLƏCƏK
İQTİSADİYYAT 16:17 / 27.11.2018

"İşsizlikdən sığorta fondunun büdcəsinin 50 faizdən çoxu vətəndaşların məşğulluğunun təmin edilməsinə yönələcək”.

Xəbər veririk ki, bu sözləri millət vəkili Hadı Rəcəbli Milli Məclisdə "İşsizlikdən sığorta fondunun 2019-cu il büdcə layihəsi haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, sığorta fondunun böyük hissəsi işsizlik probleminin həllinə yönəlib.

"Peşə hazırlığı qarşımızda duran əsas vəzifələrdəndir. Bununla yanaşı qanun layihəsi işsizlikdən sığorta mexanizmi də dəyişir. İşdən azad edilən şəxslərin 3, 6, 9 ay və ya 1 il müddətində ödənişlərin edilməsi üçün 11 milyon manat ayrılacaq. Bu mexanizm bu il tətbiq edilir, gələn il də davam etdiriləcək. Fonda ayrılan vəsait məşğulluq problemlərinin həllində böyük dəstək olacaq”.

"Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il dövlət büdcəsi haqqında” qanuna ikinci oxunuşda dəyişiklik nəticəsində orqanın büdcəsinin xərcləri daha 310 milyon manat artırılıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.