SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Azərbaycanın dövlət borcunun çatışmayan hissəsini bu FOND ödəyəcək
İQTİSADİYYAT 23:49 / 26.11.2018

Azərbaycanın dövlət borcunun çatışmayan hissəsi Təminat Fondu hesabına icra ediləcək.

Bununla bağlı "Dövlət borcu haqqında” qanunun 7-ci maddəsinə (Dövlət borcuna xidmət) dəyişiklik təklif edilir.

Belə ki, qanunun 7.1-ci bəndi yeni redaksiyada verilir.

Hazırkı qanunvericiliyə görə, Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərcləri müvafiq büdcə ili üzrə "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” Qanununda nəzərdə tutulur.

Təklif olunan dəyişiklik isə aşağıdakı kimidir:

Azərbaycan Respublikasının dövlət borcuna xidməti müvafiq icra hakimiyyəti orqanı təmin edir. Dövlət borcuna xidmət xərclərinin ödənilməsi üçün vəsaitin ayrılması müvafiq büdcə ili üzrə "Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında” qanununda nəzərdə tutulur. Ayrılmış vəsait dövlət borcuna xidmət xərclərinin icra edilməsi üçün kifayət etmədikdə həmin xərclərin çatışmayan hissəsi Təminat Fondu hesabına icra edilir.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin noyabrın 27-i və 30-da keçiriləcək iclaslarında müzakirə ediləcək. (modern.az)


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.