SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
TÜKÜRPƏDİCİ ELAN: kirayə götür, istədiyin kimi istifadə et, sonra... - FOTO
HADİSƏ 21:18 / 25.11.2018

Lisenziyasız silahlarla işlədilən cinayətlərin artması səbəbiylə hərəkətə keçən Türkiyənin Mütəşəkkil və Kibercinayətkarlıq İdarəsinin polisləri internet üzərindən silah satan şəbəkəyə qarşı əməliyyat keçirib.

İstanbulda 60 ayrı ünvana basqın təşkil olunub.

Saxlanılan 48 nəfərdən 7-nin şəbəkə üzvləri olduğu müəyyən edilib. Araşdırmaların gedişatında internet üzərindən qeyri-qanuni silah satan şəbəkə üzvlərinin yazışmaları ifşa edilib. Yazışmalarda "kirayə götür, istifadə et, geri gətir” kimi ifadələr diqqət çəkib.

Silah şəbəkəsinin elanlarında "silahın ən yaxşısı bizdə, müştəri istərsə, tank belə taparıq” kimi ifadələrdə yer alıb. Ələ keçirilən silahların əvvəllər hər hansı cinayətdə işlədilib-işlədilməməsi yoxlanılır./publika.az


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.