SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Əliyevin səfərləri bu əlaqələrin əhəmiyyətini göstərir - Xələfov
MÜSAHİBƏ 17:19 / 24.11.2018

Dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanmış sənədlər Azərbaycanla Latviya arasında ikitərəfli münasibətlərin strateji əhəmiyyətini bir daha göstərir.

xəbər verirİK ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Bakıda Latviyanın müstəqiliyinin 100 illiyinə həsr olunmuş tədbirdə bildirib.

X.Xələfov qeyd edib ki, 2018-ci il həm Latviya, həm də Azərbaycan üçün əhəmiyyətli bir il idi, hər iki ölkənin 100 illik yubileyi qeyd olunur.

Nazir müavininin sözlərinə görə, müstəqillik əldə etdikdən sonra ölkələr ikitərəfli əlaqələri inkişaf etdirməyə başlayıblar və böyük uğurlar qazanıblar.

X.Xələfov Latviya Prezidenti Raymonds Veyonisin 2017-ci ilin martında V Bakı Qlobal Forumunda iştirakı çərçivəsində Azərbaycana, ötən ilin iyulunda isə Prezident İlham Əliyevin Latviyaya səfərini xatırladıb.

Nazir müavini vurğulayıb ki, səfər zamanı nəqliyyat, tikinti, təhsil və digər sahələrdə imzalanmış memorandumlar ikitərəfli əlaqələrin strateji əhəmiyyətini bir daha sübuta yetirir.

Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs da iki ölkə arasında münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb:

"Ümid edirəm ki, dostluq münasibətlərimiz sayəsində biz daha da yüksək səviyyələrə çata biləcəyik və əlaqələrimiz davam edəcək".


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.