SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Həmkəndlisini rüsvay edəcəyi ilə qorxudub 1000 manat aldı
HADİSƏ 20:41 / 23.11.2018

Biləsuvarda həmkəndlisini barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat almış şəxs tutulub.

 Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər veririk ki, noyabrın 22-də Biləsuvar rayonunun Aşağı Gürəli kəndi ərazisində kənd sakini, əvvəllər məhkum olunmuş Ruslan Kəlbiyev həmkəndlisi olan bir nəfəri barəsində rüsvayedici məlumat yayacağı ilə hədələyib ondan 1000 manat alıb.

Biləsuvar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Kəlbiyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.