SON XƏBƏRLƏR
20 Sentyabr 2019
19 Sentyabr 2019
18 Sentyabr 2019
17 Sentyabr 2019
16 Sentyabr 2019
13 Sentyabr 2019
Aktyorun döydüyü direktor danışdı
MÜSAHİBƏ 11:11 / 23.11.2018

Xəbər verdiyimiz kimi, aktyor Rza Rzayev noyabrın 20-də Nizami Rayon Məhkəməsinin qarşısında aylardır qalmaqal yaşadığı Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevi döyərək ona ağır bədən xəsarətləri yetirib.

"Qafqazinfo”nun məlumatına görə, bu hadisə günlərdir sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Təhsil Nazirliyi açıqlamasında direktora qarşı baş vermiş fiziki zorakılıq halını pislədiyini və şiddətlə qınadığını, nazir Ceyhun Bayramovun məsələni bilavasitə diqqət mərkəzində saxladığını bildirib.

R. Rzayev isə hadisənin söyüşə görə baş verdiyini, elə də böyük dava olmadığını söyləyib.

Dünən gənc müəllim Həbib Əlizadə 3 saylı Şəhər Klinik Xəstəxanasında müalicə alan direktora baş çəkərək oradan canlı yayım edib.

Tural Mirzəliyev hadisə barədə danışmadan onu dəstəkləyən, xəstəxanada ziyarət edən insanlara təşəkkür edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.