SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Azərbaycanda Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi oldu - FOTO
İQTİSADİYYAT 17:44 / 15.11.2018

Ötən gün Nizami Kino Mərkəzində "START” Beynəlxalq Qısa Filmlər Festivalının açılış mərasimi olub.

Xəbər veririk ki, 14-17 noyabr tarixlərində Bakıda keçirilən IX "START” Beynəlxalq Qısa Filmlər Festivalı "Sinema” Gənc Kinematoqrafçılar Mərkəzinin təsisçiliyi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutur. Bu il Festivala həm də Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Prodüserlər Gildiyası, Nizami Kino Mərkəzi, "CinemaPlus” kinoteatrlar şəbəkəsi də dəstək göstərir.

Mərasimdə dövlət rəsmiləri, əcnəbi qonaqlar, tanınmış sənət adamları, yazıçılar, ictimaiyyət, media nümayəndələri iştirak edib.

IX "START” Beynəlxalq Qısa Filmlər Festivalının direktoru Fehruz Şamıyev tədbir iştirakçılarını salamlayıb, artıq 9-cu dəfə baş tutan festivalın hədəflərinin ildən-ilə artdığını deyib: "2004- cü ildə ilk dəfə festivalı keçirəndə məqsədimiz növbəti illərdə yaxın Şərq və MDB ölkələrindən olan rejissorları bir araya toplamaq idi. Buna nail ola bildik. "START” Beynəlxalq Qısa Filmlər Festivalı öz miqyasını genişləndirərək, Avropa və Asiyanı özündə birləşdirən festivala çevrildi. Artıq "START” 35 yaşına kimi olan gənc kinematoqrafçıların görüş məkanına çevrilib. Bu festivalda qalib gələnlər arasında Kann, Berlin film festivallarının iştirakçısı olanlar da var”.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin müavini Vaqif Əliyev Festivalın Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamına dair tədbirlər çərçivəsində həyata keçirildiyini diqqətə çatdıraraq, onun gənc kinonun inkişafında müstəsna xidmətləri olduğunu vurğulayıb.

Bu vaxta qədər Festivala 60-dan çox ölkənin gənc kinematoqrafçıları qatıldığını qeyd edən idman və gənclər nazirinin müavini İntiqam Babayev bu minvalla Festivalın dünyada Azərbaycan mədəniyyətinin təbliğatçısına çevrilə bildiyini, Azərbaycan gənclərinə stimul verdiyini bildirib: "Festivalın ilk illərindən başlayaraq İdman və Gənclər Nazirliyi festivala təşkilati dəstək göstərir. 9 il az vaxt deyil. "START” bu yaşa gəlib çatıbsa bunun özü böyük nailiyyətdir. Biz buna sevinirik və gələcəkdə də festivala dəstək olmağa hazırıq”.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.