SON XƏBƏRLƏR
20 Oktyabr 2019
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Daxili Qoşunların zabiti Polşada qızıl medal qazanıb
İDMAN 11:41 / 15.11.2018

oyabrın 8-dən 10-dək Polşanın Polsk şəhərində əlbəyaxa döyüş növləri üzrə Avropa çempionatı keçirilib. Qitənin 28 ölkəsindən 400-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı bu yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil olunub.

Məlumata görə, mötəbər yarışda DİN Daxili Qoşunlarının zabiti, kapitan Aydın Həşimov çəkisi 75 kiloqramadək olan idmançılar arasında bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Qeyd edək ki, A.Həşimov döyüş sambosu üzrə beynəlxalq dərəcəli idman ustası, Ciu-citsu idman növü üzrə "Birinci dan qara kəmər” sahibidir. O, Kik-citsu idman növü üzrə peşəkarlar arasında "Ən texnikalı idmançı” adına layiq görülüb, həmçinin bu idman növündə keçirilmiş Dünya kuboku yarışının qalibi olub. İki dəfə respublika çempionu adını qazanan A.Həşimov dəfələrlə beynəlxalq yarışlarda, hərbçilər arasında keçirilən turnirlərdə fərqlənib, yüksək mükafatlar qazanıb.

DİN Daxili Qoşunlarının daha bir hərbi qulluqçusu, baş leytenant İlqar Nəcəfli də bu yarışın favoritləri sırasında olub. O, çəkisi 85 kiloqramadək olan idmançılar arasında qarşılaşdığı bütün görüşlərdə rəqiblərinə üstün gələrək növbəti dəfə Avropa çempionu olub.

İ.Nəcəfli də mötəbər yarışlarda ölkəmizi layiqincə təmsil edir. O, ikiqat dünya və Avropa çempionu, Avro-Asiya yarışının qalibi, Dünya kubokunun sahibidir.

Onu da bildirək ki, təmsilçilərimizi bu yarışa DİN İdman Cəmiyyətinin əməkdaşı, əməkdar məşqçi Hikmət Hacıyev hazırlayıb.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.