SON XƏBƏRLƏR
21 May 2019
20 May 2019
19 May 2019
`Bəzəkli Parlaq Çəhrayı` brilyant üzük rekord qiymətə sahibini dəyişdirdi - VİDEO
DÜNYA 15:47 / 14.11.2018

Kristis Hərrac Evinin İsveçrənin Cenevrə şəhərində keçirdiyi açıq hərracda 19 karatlıq "The Pink Legacy" (Çəhrayı İrs) adlı "Bəzəkli Parlaq Çəhrayı" (Fancy Vivid Pink) brilyant üzük rekord qiymətə satılıb.

Məlumata görə, oteldə keçirilən hərracda 24 milyon İsveçrə frankı ilkin qiymətiylə satışa təqdim olunan "Bəzəkli Parlaq Çəhrayı" üzük 44 milyon 500 min İsveçrə frankına (təxminən 75 milyon AZN)  alıcı tapıb.

Kristis Hərrac Evinin Asiya-Sakit okean bölgəsinin sədri Fransua Kuriel satışdan sonra keçirdiyi mətbuat nümayəndələrinə verdiyi açıqlamada, sözügedən çəhrayı brilyantın hər karatına düşən məbləğin dünya rekordunu qırdığını deyib.Kuriel brilyant üzüyün şirkətin bu ana qədər açıq hərracda satışa çıxardığı "ən böyük və ən yaxşı" Bəzəkli Parlaq Çəhrayı brilyant üzük olduğunu bildirib.

O, üzüyü ABŞ-ın Harri Uinston cəvahirat şirkətinin satın aldığını deyib.

Kuriel satışdan bir neçə saniyə sonra şirkətin "The Pink Legacy" adlı brilyant üzüyün adını "Uinston Pink Legacy" kimi dəyişdiyini qeyd edib.

Qeyd edək ki, düzbucaqlı şəkildə olan təkqaş üzüyün 1920-ci illərdə Cənubi Afrika Respublikasında tapıldığını bildirib.

"Pink Legacy" almaz tacirliyi edən yəhudi əsilli milyarder "Oppenheimer" ailəsindən miras qalıb

.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.