SON XƏBƏRLƏR
24 May 2019
23 May 2019
22 May 2019
Göygöldə saxta pulla alış-veriş edənlər saxlanılıblar
ARAŞDIRMA 09:52 / 10.11.2018

Göygöl rayonunda saxta pulla alış-veriş edən şəxslər polis əməkdaşları tərəfindən yaxalanıblar.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini olan qadın işlədiyi aptekə gələn 2 nəfərin aldıqları dərmanların müqabilində 2 ədəd 100 manatlıq əsginas verdiklərini, sonradan həmin pulun saxta olduğunu aşkar etdiyini bildirib.

Qadın həmin əsginasları polisə təqdim edib.

Məlumatla əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxta əsginasları verməkdə şübhəli bilinən 3 nəfər qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər məhkum olunmuş Səbuhi Quliyev, Qabil Məmmədov və Yusif Şükürov olduqları müəyyən edilib.

Şəxsi axtarış zamanı S.Quliyevdən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

RPŞ-də araşdırma aparılır.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.