SON XƏBƏRLƏR
17 Oktyabr 2019
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
ABŞ-da “dünyanın ən sürətli qadını” vəfat edib
İDMAN 18:08 / 08.11.2018
"Dünyanın ən sürətli qadını” adlandırılan amerikalı kaskadyor Kitti Onil 72 yaşında vəfat edib.

Xəbər veririk ki, Onil noyabrın 2-də Kaliforniya ştatının Yurika şəhərində pnevmoniya xəstəliyindən həyatını itirib.

O, Hollivudun "Stunts Unlimited” kaskadyor studiyasına daxil olan ilk qadındır. Kitti Onil raket mühərrikli avtomobilin sükanı arxasında saatda 600 mil (saatda təxminən 966 kilometr) sürət yığaraq "dünyanın ən sürətli qadını” adına layiq görülmüşdü.

Kaskadyor qadın ən məşhur tryukunu "Wonder Woman” ("Möcüzə qadın”) çoxseriyalı bədii filmi üçün ifa edib: Los-Anceles şəhərindəki "Hilton” otelinin damından tullanıb və 127 fut (təxminən 39 metr) hündürlükdən hava yastığının üstünə düşüb.

Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.