SON XƏBƏRLƏR
16 Oktyabr 2019
15 Oktyabr 2019
14 Oktyabr 2019
12 Oktyabr 2019
Pensiya artırılacaq
İQTİSADİYYAT 16:44 / 08.11.2018

2019-cu ildə pensiyaların orta məbləği 240 manat civarında olacaq, bu da 6,3 faiz artım deməkdir. Yaşa görə pensiyalar isə 273 manat səviyyəsində nəzərdə tutulur.

Xəbər veririk ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Milli Məclisin əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Nazir müavini bildirib ki, gələn il pensiyaçıların orta illik sayı 1 milyon 294 min təşkil edəcək. Bunun 58,3 faizi yaşa görə, 30,8 faizi əlilliyə görə, 10,9 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır. Yaşa görə pensiya alanların sayında azalma müşahidə olunur, pensiya yaşının artırılması buna təsir edib.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.