SON XƏBƏRLƏR
19 Oktyabr 2019
18 Oktyabr 2019
17 Oktyabr 2019
16 Oktyabr 2019
Büdcə təşkilatlarında çalışanların əmək haqları artırılacaq - NAZİR
İQTİSADİYYAT 16:17 / 07.11.2018

"Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib”.

Bunu Milli Məclisdə büdcə müzakirələri zamanı maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur: "Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.


Regioninfo.az ©2019 Bütün hüquqlar qorunur
Təsisçi: Demokratik Cəmiyyətin İnkişafına Yardım
İctimai Birliyinin sədri Əsgər Məmmədov
Tel: 012 566 28 48
Mobil: 055 485 68 08
İSTİFADƏ QAYDALARI Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.